İrəvanda zavod bağlandı, 1700 nəfər işsiz qaldı

Ermənistanda “Nairit” zavodunun 1700 nəfər işçisi işdən qovulub.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Ermənistanın "Novosti-Armeniya" agentliyi yayıb.

Məlumatda deyilir ki, işçilərin qovulmasında əsas səbəb kimi zavodun iş fəaliyyətinin dayandırılması göstərilir.

Qeyd edək ki, işçilər artıq 18 aydır ki, maaş ala bilmirlər. Zavod rəhbərliyinin onlara 15 milyon dollar borcu var. İşçilər pullarını almaq üçün dəfələrlə hökumətin binasının və prezidentin rezidensiyasının önündə aksiya keçiriblər.