Erməni qadın 9 yaşlı oğlunu yandırdı

Ermənistanın paytaxtı İrəvan şəhərində 47 yaşlı qadın 9 yaşlı oğulunu yandırıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Məlumatda deyilir ki, hadisə Qulukexyan küçəsində yerləşən 23 nömrəli evdə baş verib.

Ana öncə oğlunu döyüb, sonra isə üstünə benzin tökərək yandırıb. Bu zaman evdə yanğın olub. 9 yaşlı uşaq ciddi yanğın xəsarətləri alaraq xəstəxanaya aprılıb. Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.


Bu faktı "Surb Qriqor Lusaroviç" Tibb Mərkəzinin reanimasiya şöbəsinin müdiri Qaqik Manukyan təsdiq edib.

Hadisə zamanı ananın da zədə aldığı bildirilir.