- Köhnə - Region
- 9 Fevral 2015 21:34
- 4 719
Erməni ana 9 yaşlı oğlunu yandırdı- FOTOLAR
İrəvanda 47 yaşlı Anna Badalyan adlı qadın 9 yaşlı oğlunu öldürmək məqsədi ilə yandırıb.
ANS PRESS-in məlumatına görə, oğlunu yandırmazdan öncə qadın çəkiclə oğlunun başından bir neçə dəfə vurub.
Erməni polisinin məlumatına görə, uşaq yandırılmazdan əvvəl çəkic zərbələri nəticəsində huşunu itirib.
Hadisə yerində çəkic və benzin qoxuyan polietilen aşkar edilib. Mənzilin divarında "bizim ölümümüzün səbəbi bu əclaf" yazılıb. Qadın özü də yanğın zamanı xəsarət alıb.
Hadisə bu gün səhər baş verib. Qonşular və tanışlar iddia ediblər ki, maddi vəziyyətin pis olması səbəbindən Anna Badalyan uzun müddət stress vəziyyətində olub və qısqanc ərinin xarakterinə görə işləmirmiş. Rusiyaya işləməyə gedən erməni ər isə ailəyə pul göndərə bilmirmiş.
Azyaşlı oğlunu yandıran Anna Badalyan 4-cü dərəcəli yanıq xəsarəti alıb. Onun bədənin 75, tənəffüs yolunun isə 20%-i yanıb.