- Köhnə - Region
- 10 Fevral 2015 15:39
- 4 834
Yanan 9 yaşlı oğlanın atası danışdı – “Uşağı öldürəcəyinə inanmırdım”
“Rusiyada mənim işim yaxşı getmirdi. Bu haqda İrəvana, həyat yoldaşım Annaya zəng edib dedim, vəziyyəti başa saldım. Onun bu addımı nəyə görə atdığını bilmirəm”.
AZNEWS.AZ xəbər verir ki, bu sözləri 9 yaşlı oğlunu döyərək yandıran Anna Badalyanın əri Karen Naapetyan "Novosti Armeniya" agentliyinin müxbirinə müsahibəsi zamanı deyib.
"O, bir neçə dəfə dolanışığına görə şikayət etdi və dedi ki, daha belə yaşaya bilməyəcək. Özünü və oğlumu öldürəcəyi ilə məni təhdid edirdi. Mən isə onun sözlərini ciddiyə almırdım. O, bir qadın kimi məni daha maraqlandırmırdı, sadəcə uşağım üçün pul göndərirdim. Ona neçə dəfə dedim ki, işə düzəl. O isə bildirdi ki, 15 ildir ki, işləyib, daha evdə oturub uşağını böyütmək istəyir. Mənə deyirdi ki, ailəni pulla təmin etməliyəm. Mən ildə 1-2 aylığa evə gəlirdim. Anna mənim anam və bacımla münasibət saxlamırdı", - deyə 11 ay öncə Rusiyaya gedən Karen vurğulayıb.
Karen Naapetyan müsahibəsində bildirib ki, o, yanıq xəsarətləri ilə xəstəxanada müalicə edilən həyat yoldaşının yanına getməyəcək.
Qeyd edək ki, fevralın 9-da İrəvanda baş verən olayda 9 yaşlı oğlan uşağı yanaraq ölüb, onun anası isə ağır halda xəstəxanaya yerləşdirilib.