9 yaşlı oğlunu yandıran erməni qadın öldü

Fevralın 9-da özünü və oğlunu yandıran 47 yaşlı İrəvan sakini Anna Badalyan bu gecə xəstəxanada ölüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi Yanğın və Radiasiya tibb mərkəzinin direktoru Norayr Davidyana istinadən yayıb.

Direktorun sözlərinə görə, qadın şok vəziyyətindən çıxa bilmədiyindən dünyasını dəyişib: "Onun bədəninin 70 faizi yanmışdı, böyrəkləri işləmirdi və buna görə də gecə saat 3.00 radələrində ürəyi dayandı".

Qeyd edək ki, Anna Badalyan Rusiyada yaşayan ərilə münasibətlərinin düzəlməyəcəyinə görə 9 yaşlı oğlunun başına bir neçə dəfə çəkiclə vurub. Sonra isə həm onun, həm də özünün üstünə benzin tökərək yandırıb. Uşaq elə evdəcə ölüb. Özü isə ağır halda xəstəxanaya aparılıb.

Qadının əri dünən verdiyi açıqlamada deyib ki, həyat yoldaşı onu maraqlandırmır, oğluna pulu isə vəziyyətinin pis oldğuna görə göndərmir.