Serj Sarkisyan erməni-türk protokollarını geri çağırdı

Ermənistan prezidenti Serj Sarkisyan parlamentdən erməni-türk protokollarını geri çağırıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.

Prezident bununla bağlı parlamentin sədri Qalust Saakyana məktub göndərib.

Məktubda qeyd edilir ki, parlamentdən İsveçrənin Sürix şəhərində 6 il öncə imzalanan erməni-türk protokolları geri çağırılmalıdır.

"Bu illər ərzində Ermənistan bu protokolların reallaşmasına çalışıb, ancaq təəssüflər olsun ki, Türkiyə bunu ratifikasiya etməyib. BMT-nin Baş Assambleyasının tribunasında da bu protokolların vacibliyini bir daha vurğuladım. Türkiyənin buna reaksiya vermədiyinə görə həmin protokollar parlamentdən geri çağırılsın", - deyə məktubda yazılıb.