- Köhnə - Region
- 16 Fevral 2015 17:43
- 2 013
Bakıya qonaq gələn qız dəm qazının qurbanı oldu

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə qız dəm qazının qurbanı olub.
Hadisə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 17/16 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən evə Ukraynadan qonaq gələn 1995-ci il təvəllüdlü Alekseyevna Karina Aleksandrovnanın meyiti tapılıb. Meyit evin hamam otağında aşkarlanıb.
Araşdırmalar zamanı qızın dəm qazından öldüyü müəyyən olub.
Qeyd edək ki, ötən gün ərzində paytaxtda 7 nəfər dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.