- Köhnə - Region
- 17 Fevral 2015 17:53
- 6 886
NATO rusları ittiham etdi
NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, general Filipp Bridlav qondarma Donetsk Xalq Respublikasının liderlərini atəşkəsi pozmaqda ittiham edib.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, özünün twitter səhifəsində yazıb.
"Ukraynadakı situasiya ilə bağlı narahatlığımı bildirirəm. Çünki separatçılar Debaltsovada atəşkəs rejimini pozurlar", - deyə general qeyd edib. Onun sözlərinə görə, separatçılar həmçinin, ATƏT müşahidəçilərinin bölgəyə girişini əngəlləyirlər.
Qeyd edək ki, az öncə qondarma qurumun başçıları şəhərin 2/3-nə nəzarəti ələ keçirdiyini bəyan ediblər.
Tərəflər arasında atəşkəs rejimi rəsmən fevralın 15-i, saat 00:00-dan qüvvəyə minib.