- Köhnə - Region
- 20 Fevral 2015 17:18
- 3 643
İki xərçəng xəstəsi özünü öldürdü
Ötən gecə Moskvada 2 onkoloji xəstə intihar edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin Oktyabrsk küçəsində 83 yaşlı qoca özünü yaşadığı evin pəncərəsindən ataraq həyatına son qoyub. Onun yaxınları mərhumun hadisədən öncə onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün yaşamaq istəmədiyini deməsinə şahidlik ediblər.
Moskvanın Puqaçov-2 küçəsində isə 80 yaşlı onkoloji xəstə özünü asaraq intihar edib.
Mərhum vida məktubunda xərçəng xəstəliyinin ağrılarına dözə bilmədiyi üçün bu addımı atdığını yazıb. Rusiya mətbuatının məlumatına görə, fevral ayı ərzində təkcə Moskvada xərçəng xəstəliyindən əziyyət çəkən 9 nəfər həyatına son qoyub. Lakin bütün ölkəni əhatə edəcək tam statistika mövcud deyil.
2014-cü ilin fevral ayında xərçəng xəstəliyindən əziyyət çəkən hərbi dəniz qüvvələrinin keçmiş kontr-admiralı Vyaçeslav Apanasenkonun silahla özünə qəsd etməsi böyük rezonans doğurmuşdu.
Xərçəng xəstəliyindən əziyyət çəkən admiral ağrıkəsici dərmanalar əldə edə bilmədiyi üçün bu addımı atmışdı. Qeyd edək ki, Rusiyada xərçəngin müxtəlif formalarından əziyyət çəkən insanalr tez-tez intihara əl atır.