- Köhnə - Region
- 20 Fevral 2015 18:29
- 5 201
Rusiya daha bir şəhərə ordu yeridir
Rusiya Mariupol yaxınlığına öz tanklarını yerləşdirib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Dmitri Tımçuk öz Feysbuk səhifəsində çıxış edib. O, Mariupola Rusiyanın 130 əsgərinin, 4 tankının və minaatan batareyasının gətirildiyini bildirib. Tımçuk həmçinin Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 17 zabitinin də Mariupolda olduğunu deyib.