- Köhnə - Region
- 20 Fevral 2015 22:55
- 5 575
Poroşenko Maydanda çıxış etdi: “Düşmənə qalib gələcəyik”- VİDEO
Ukrayna prezidenti Petro Poroşenko bu gün paytaxt Kiyev şəhərində Maydana gəlib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "bigmir" saytı yayıb.
Məlumata görə, Poroşenko Maydanda tribunaya qalxarkən onu pis qarşılayıblar, ancaq buna baxmayaraq o, çıxışına başlayıb və Taras Şevçenkonun şeirini oxuyub. Sonra isə geniş nitq söyləyərək xarici düşmənlərlə yanaşı daxili düşmənlərdən də danışıb.
"Düşmən bizim ölkəmizə etdiyi hücumu çoxdan planlaşdırıb. Ona görə Ukrayna ərazisində özünün 5-ci kolonnasını yaradıb. Ancaq biz çox güclüyük, çünki xalqla birlikdəyik. Allah da bizimlədir. Biz öz torpağımız uğrunda müharibə aparırıq. Bizim bu müharibə ədalətlidir, düşmən isə ədalətli müharibə aparmır. Hazırda bütün dünya Ukrayna ilə birgədir. Düşmənin yazdığı ssenarini biz pozacağıq və nəticədə qalib gələcəyik", - deyə Poroşenko bildirib.
Xatırladaq ki, bu gün Maydanda ötən il ölənlərin xatirəsi üçün anım tədbiri keçirilib.