- Köhnə - Region
- 22 Fevral 2015 23:37
- 3 779
Bu gün Mariupolda döyüş gedib - FOTOLAR
Bu gün Ukraynanın Mariupol şəhərinin yaxınlığında yerləşən Şirokino yaşayış məntəqəsində separatçılarla Ukrayna hərbçiləri arasında döyüş gedib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "İntefaks-Ukrayna" agentliyi yayıb.
"M" sektorunun mətbuat xidmətinin rəhbəri Dmitri Çalıy deyib ki, separatçılarım məqsədi Şirokinonu ələ keçirməkdir.
"Döyüş yerli vaxtla saat 15.15-də başlayıb. Düşmən artilleriyadan atəş açdı, bizim artilleriya isə cavab vermədi. Biz yalnız atıcı silahlardan istifadə edirik", - deyə Çalıy bildirib.



Ukrayna prezidenti Petro Poroşenko Polşa prezidenti Bronislav Komorovski ilə görüşdə Xarkovdakı partlayışdan danışaraq qeyd edib ki, Ukraynanın xüsusu xidmət orqanlarının əməkdaşları Odessa şəhərində teraktın qarşısını alıblar.
"Düşmənimiz ölkəmizdəki vəziyyəti gərginləşdirmək istəyir", - deyə Poroşenko vurğulayıb. Xatırladaq ki, Xarkov partlayışında 2 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Ukraynanın Baş naziri Arseni Yatsenyuk Xarkov partlayışını törədənləri "yaramaz" adlandırıb. Bu haqda o, özünün Twitter səhifəsində yazıb: "Düşmən bizim ləyaqət və tariximizi nişan aldılar, amma biz qorxmuruq və geri çəkilməyəcəyik".
Qeyd edək ki, Xarkov partlayışını törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
