Makedoniya elçisi qondarma “DQR”i tanıyacaqlarını bildirdi

Makedoniyanın Ermənistandakı fəxri konsulu təyin olunmuş Rusiya Geosiyası Tədqiqatlar Akademiyasının vitse-prezidenti Araik Sarkisyan Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma "DQR"in tanınması mümkünlüyünü vurğulayıb.

Oktyabrın 15-də keçirdiyi mətbuat konfransında A.Sarkisyan Makedoniya konsulu kimi Ermənistanın ona hələ də rəsmi tanınma sənədi vermədiyini bildirib.

Problemin həlli üçün Ermənistan prezidentinə müraciət etdiklərinin deyən fəxri konsul "Ümid edirik ki, prezident problemi birdəfəlik həll edəcək. Məsələ qaldırılacağı təqdirdə Makedoniya da Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırdır" deyə konsul bildirib.

Erməni prezidentinin fikrincə isə Makedoniya ilə əlaqələr bir sıra mühüm məqamlara malikdir. İlk növbədə bu xristian dünyasında anti-türk birliyi hesab edilir.

Elnarə Əlosmanqızı
AzNews.az