Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb.

Qarabağda iki erməni tankı minaya düşdü

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb.


AzNews.az report-a istinadən xəbər verir ki, "T-72" tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub. Digər tankın ekipaj üzvləri isə ağır vəziyyətdə erməni işğalı altındakı Xankəndi şəhərindəki hospitala yerləşdirilib.

Hadisənin təfərrüatlarının araşdırılması üçün əməliyyat qrupu yaradılıb. Təqdim edilən videoda xəsarət alanların təxliyə edildiyini görmək olar.