Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan Rusiyaya Suriyanı Qarabağdan bombalamağı təklif edib. Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan Rusiyaya Suriyanı Qarabağdan bombalamağı təklif edib.

Moskvaya Suriyanı Qarabağdan bombalamaq təklif edildi

Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan Rusiyaya Suriyanı Qarabağdan bombalamağı təklif edib.


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə Saakyan Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Separatçıların başçısı Xankəndi aeroportunun Rusiya Hərbi-kosmik güvvələrinin Suriyada terrorçuluğa qarşı əməliyyatında istifadə edilmiş ola biləcəyini qeyd edib. "Qarabağ beynəlxalq terrorizmlə mübarizədə iştirak etməyə hazırdır".


Bako Saakyan

"Xankəndi aeroportu istismara verildikdən sonra, Dağlıq Qarabağ Rusiya ilə bu infrastrukturdan istifadə barədə əməkdaşlığı müzakirə etməyə hazırdır", - deyə o qeyd edib. Separatçıların lideri bildirib ki, aeroport yüksək texnologiyalı aviasiyanın sorğularının təmin olunması üçün lazım olan müasir texnikayla təchiz ediləcək.

Separatçıların lideri Bako Saakyan həmçinin yalançı və qeyri səmimi ınsan təsiri formalaşdırıb. Bir müddət əvvəl o, Rusiya Federasiyasının 1-ci dərəcəli "Böyük Pyotr" ordeni ilə təltif olunduğunu qeyd etsə də, bu orden Rusiya dövlətinin rəsmi təltiflərinin sırasında yoxdur. 1-ci dərəcəli "Böyük Pyotr" adlı ordeni 2008-ci ildə qanunsuz olaraq dövlət təltiflərinin bənzəri olan orden və medallar hazırladığına görə ləğv olunmuş ictimai təşkilat - Təhlükəsizlik, Müdafiə və Hüquq-Mühafizə Akademiyası təsis edib. B.Saakyan rəsmi saytında özünü bu akademiyanın həqiqi üzvü kimi təqdim edir.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin belə sərsəm bəyanatları həm də əslində Ermənistanın prezidenti Serj Sarkisyana qarşı atılmış addımdır. Çünki Sarkisyan hakimiyəti Rus qoşunlarının Qarabağ ərazisində yerləşməsinin əleyhinədir. Buna səbəb isə Erməni mətbuatının yazdığı Qarabağa girən Rus qoşununun torpaqları Azərbaycana verəcəyi barədə iddialardır.