İvanişvilinin vəkili Baş prokuror oldu

Gürcüstanda daha bir önəmli vəzifə dəyişikliyi olub. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvilinin vəkili Arçil Kbilaşvili Baş prokuror təyin olunub.

Gürcüstan mətbuatının yazdığına görə, Kbilaşvili İvanişvilinin bir çox məhkəmə çəkişmələrində necə deyərlər "sudan quru" çıxarmış vəkildir. İvanişvilinin Gürcüstan vətəndaşlığını almasında da onun böyük rolu olub. Bununla belə iddia edilir ki, Kbilaşvilinin namizədliyini Ədliyyə naziri Teya Çulukiani irəli sürüb, Saakaşvili isə təsdiqləyib.

Kbilaşvili Baş prokuror vəzifəsinə təyin olunduqdan sonra etdiyi ilk çıxışında görəcəyi işlə bağlı məlumat verib. O, bildirib ki, Saakşavili dövründə baş verən səs-küylü cinayətlərin araşdırılması ilə məşğul olacaq. Kbilaşvili xüsusilə sabiq Baş nazir Zurab Jivaninin ölümünü araşdıracağını qeyd edib.

Sadiq Musa
AzNews.az