Bu gecə Bakı-Quba yolunda ağır avtomobil qəzası baş verib. Bu gecə Bakı-Quba yolunda ağır avtomobil qəzası baş verib.

Bakı-Quba yolunda ağır qəza - Bir qadın öldü, ikisi yaralı

Bu gecə Bakı-Quba yolunda ağır avtomobil qəzası baş verib.


AzNews.az-ın Lent.az-a istinadən məlumatına görə, magistralın 42-ci kilometrliyində qadın sürücünün idarə etdiyi "KİA Sorento" markalı cip yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 64 yaşlı qadın vəfat edib. 23 və 42 yaşlı iki qadın isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.