- Qayıdış
- 28 Noyabr 2021 15:06
- 4 314
Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb
Hadisə rayonun Şükürbəyli kəndində qeydə alınıb
Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda minaya düşüb.
Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.
Aznews.az