- Qayıdış
- 4 Oktyabr 2023 18:58
- 6 208
Ermənistan Qarabağdakı separatçılara son 3 ildə 1 mlrd. dollardan çox yardım ayırıb - Paşinyan
Ermənistan Respublikası son 3 ildə Qarabağa (separatçılar nəzərdə tutulur - red.) bir milyard dollardan artıq maliyyə yardımı edib.
Aznews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Mənim təhlilim göstərir ki, Qarabağ ermənilərinin bu müddət ərzində heç nəyə ehtiyacı olmayıb”, - Paşinyan vurğulayıb.