Avropa İttifaqı Ermənistana 25 milyon avro yardım ayıracaq

Avropa İttifaqı (Aİ) Ermənistana 25 milyon avro yardım ayıracaq.

Aznews.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen məlumat verib.

"Biz 5,2 milyon avro ayırmışıq. Mən bu gün Ermənistanın baş naziri Nikol Paşinyana deyəcəyəm ki, biz bu məbləği iki dəfə artıraraq 10,2 milyon avroya çatdırmaqdan xoşbəxtik və Ermənistan büdcəsinə daha 15 milyon avro yardım edəcəyik", -deyə Leyen qeyd edib.

Von der Leyen əlavə edib ki, Avropa İttifaqı Ermənistanın humanitar ehtiyaclarını dəstəkləyir və Qarabağdakı son hadisələrlə bağlı ölkə üçün daha nələrin edilə biləcəyini müzakirə edəcək.

Mövsüm