Ya da startdan öncə nəzarət düzgün aparılmayıb Ya da startdan öncə nəzarət düzgün aparılmayıb

“Soyuz” raketinin qəzaya düşməsi təxribat ola bilər - sensasiyalı açıqlama

Ya da startdan öncə nəzarət düzgün aparılmayıb

"Soyuz MC-10" raketinin qəzaya düşməsi təxribatın nəticəsi ola bilər".

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri qəzanı araşdıran komissiya səsləndirib.

Mənbə bildirir ki, ya startdan öncə nəzarət düzgün aparılmayıb, ya da hər şey təxribat nəticəsində baş verib.

Qeyd edək ki, oktyabrın 11-də Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz” raketinin buraxılışı zamanı qəza baş verib. “Soyuz MC-10”un göyərtəsində rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq olub. Uçuşun 119-cu saniyəsində birinci pillənin yan bloklarının ikinci pillənin mərkəzi blokundan ayrılması zamanı ikinci pillənin mühərrikləri sönüb. Bundan sonra qəza mayakı işə düşüb və paraşüt açılıb.

Ekipaj üzvləri Qazaxıstanda qəza enişi ediblər.

© AzNews.az