Rəsmi Moskva ABŞ-dan cavab gözlədiyini bildirib. Rəsmi Moskva ABŞ-dan cavab gözlədiyini bildirib.

Kreml ABŞ-dan cavab gözləyir: “Açıqlama verməlidirlər”

Rəsmi Moskva ABŞ-dan cavab gözlədiyini bildirib.

AzNews.az xarici mətbuata istinadən yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə anlaşmasından çıxmaq üzrə olan ABŞ-dan son qərarla bağlı açıqlama vermələrini istəyib.

Daha sonra rəsmi Kreml bildirib ki, Rusiya bu anlaşmanı pozacaq heç bir şey etməyib.

Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov açıqlamasında deyib ki, ABŞ-ın bu müqavilədən çıxmağı dünyanı daha təhlükəli hala gətirə bilər.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya ilə çoxdan bağlanılmış nüvə müqaviləsinin Rusiya tərəfindən pozulduğunu iddia edərək, buradan çıxacağını demişdi.

1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış sazişdə Rusiya və ABŞ-ın mənzili 300-3400 mil aralığında olan raket alması, istehsal etməsi və ya sınaqdan keçirməsi qadağan edilib.

Nurlan AĞA
AzNews.az