Hadisə bu gün baş verib Hadisə bu gün baş verib

Avtobus qatarla toqquşub, iki nəfər bədən xəsarəti alıb - Rusiyada

Hadisə bu gün baş verib

Rusiyanın Saratov şəhərində avtobusun qatarla toqquşması nəticəsində 5 sərnişin ölüb, sürücü və daha bir sərnişin isə bədən xəsarəti alıb.

“İnterfax” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Yol Hərəkətinin Təhlükəsizliyinin Təmini üzrə Baş İdarəsinin Mətbuat xidməti bildirib.

Hadisə noyabrın 17-də Engels-Yerşov-Ozinki avtomobil yolunda baş verib. Qazaxıstanla sərhəddən Saratov vilayətinə doğru 6 sərnişinlə hərəkət edən avtobus qaydaları pozaraq dəmiryoluna çıxıb və yük qatarının lokomotivi ilə toqquşub. (report)

© AzNews.az