“Elə bildim ki, komissiya gəlib". “Elə bildim ki, komissiya gəlib".

Aptekdə Putinin yanında dayanan qadın onu tanımadı - VİDEO

“Elə bildim ki, komissiya gəlib".

Pskov vilayətinin sakini Lüdmila Demkina Peterburqda aptekə baş çəkən prezident Vladimir Putini tanımayıb.

Qadın televizorda gördüyü kadrlardan sonra Putinlə eyni aptekdə olduğunu başa düşüb. Noyabrın 16-da baş vermiş ziyarət zamanı prezident əczaxanada dərmanların qiymətləri ilə maraqlanarkən baş verənlərə laqeyd şəkildə alış-veriş edən qadın izləyicilərin diqqətini çəkib.

Sonra məlum olub ki, Demkina prezidentlə yanaşı dayandığının fərqində olmayıb. Qadın baş verənləri belə izah edir: “Elə bildim ki, komissiya gəlib. Mən isə öz işimdə idim. Bilsəydim ki, o, Putindir, hər şey başqa cür olardı. Onunla danışardım”. (qafqazinfo.az)

AzNews.az