• Rusiya
  • 6 Yanvar 2019 13:50
  •  649

Rusiyada azərbaycanlıların olduğu avtobus aşdı - Yaralılar var

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.

Mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb.

Qeyd olunur ki, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb.

Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.(trend.az)

AzNews.az