• Rusiya
  • 10 Yanvar 2019 08:59
  •  431

Putinlə Merkel Suriyanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel telefon danışığı aparıb.

Liderlər Suriyadakı vəziyyəti, həmçinin Konstitusiya Komitəsinin yaranmasını müzakirə ediblər.

Bildirilir ki, 27 oktyabr 2018-ci il, İstanbulda əldə olunan razılıqlar əsasında Konstitusiya Komitəsinin yaranması müzakirə edilib.

Qeyd edilir ki, Putin və Merkel Suriyada siyasi prosesin təşviq olunması üçün BMT ilə birlikdə səylərin artırılmasına əminlik ifadə ediblər.(trend.az)

© AzNews.az