3 nəfər dağıntılar altında qalıb. 3 nəfər dağıntılar altında qalıb.

Rostovda güclü partlayış – 1 ölü, 7 yaralı

3 nəfər dağıntılar altında qalıb.

Rostov vilayətinin Şaxtı şəhərində doqquzmərtəbəli binada qaz sızması nəticəsində güclü partlayış baş verib.

AzNews.az-ın Rusiya FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, partlayış binanın yuxarı iki mərtəbəsində baş verib.

Hadisə nəticəsində 7 nəfər yaralanıb, 1 nəfər həlak olub, binanın 140 sakini evakuasiya olunub.

İnterfaks bildirir ki, 3 nəfər dağıntılar altında qalıb.

Hadisə səhər saat 6 radələrində, insanların işə hazırlaşdığı vaxt baş verib.

72 mənzildən ibarət olan bina 1993-cü ildə qazlaşdırılıb. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.

Bu artıq Rusiyada son iki həftə ərzində baş verən ikinci belə hadisədir. Bundan əvvəl Maqnitoqorskda məişət qazının partlayışı 39 insanın həyatına son qoyub.

Fəridə Abdulla

AzNews.az

image description