• Rusiya
  • 18 Yanvar 2019 13:27
  •  560

Rusiyada iki qırıcı təyyarə toqquşub, pilotlar... - Yenilənib

Hadisə Yapon dənizi üzərində təlim-məşq uçuşu zamanı olub.

Uzaq Şərqdə qəzaya uğramış “Su-34”ün katapult edən daha bir təyyarəçisi aşkar edilib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, qəza təyyarələrin bir-birinə toxunması nəticəsində baş verib. Hadisə Yapon dənizi üzərində təlim-məşq uçuşu zamanı olub.

***
13:11

Uzaq Şərqdə qəzaya uğramış “Su-34”ün birinin katapult edən təyyarəçisi aşkar edilib.

Bu barədə Rusiyann Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin təyyarəçinin sağlıq durumu qənaətbəxşdir.

Qeyri-rəsmi mənbələr qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini bildiriblər.

***
11:14

Rusiyanın Uzaq Şərq ərazisində iki “Su-34” qırıcı təyyarəsi toqquşub.

Məlumatı “TASS” yayıb.

Hadisə yanvarın 18-də səhər saatlarında dəniz sahilinə yaxın ərazidə baş verib. Təyyarələrdən birinin pilotu katapult edib. Amma onun sağ qalıb-qalmadığı məlum deyil. Digər təyyarənin pilotunun taleyindən də xəbər yoxdur. (report.az)

© AzNews.az