"Söhbətə başlamazdan öncə gəlin daha bir turistdən soruşaq" "Söhbətə başlamazdan öncə gəlin daha bir turistdən soruşaq"

Putin iqtisadi inkişaf nazirinə "turist" dedi

"Söhbətə başlamazdan öncə gəlin daha bir turistdən soruşaq"

Rusiya prezidenti Vladimir Putin hökumət üzvlərinin iştirak etdiyi müşavirəyə zarafatla başlayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

Mənbə bildirir ki, Kremlin sahibi Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkini "turist" adlandırıb:

"Bizdə bu gün gündəlikdə turizm məsələsi qoyulub. Söhbətə başlamazdan öncə gəlin daha bir turistdən soruşaq".

Putin Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Rusiya nümayəndə heyətinə başçılıq edən Oreşkindən xahiş edib ki, tədbir haqda məlumat versin.

Babək Göyüş

AzNews.az

image description