"Əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb" "Əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb"

NATO Rusiya ilə əməkdaşlığı tamamilə dayandırdı

"Əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb"

“Rusiya ilə NATO arasında mülki və hərbi sahə üzrə əməkdaşlıq tamamilə dayandırılıb”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb. A.Qruşko bildirib ki, münasibətlərdə yaranmış böhranlı vəziyyətdən çıxış üçün NATO-nun heç bir planı yoxdur.

Nazir müavini qeyd edib ki, rəsmi Moskva Şimali Atlantika Alyansı ilə yarana biləcək hərbi münaqişədən yayınmağı bacaracaq. O, hərbi blokla Rusiya arasında münaqişənin bəşəriyyət üçün fəlakət ola biləcəyinin vurğulayıb. A.Qruşko deyib ki, NATO-nun hərbi xərcləri Rusiyanın hərbi büdcəsindən 22 dəfə çoxdur.(report.az)

AzNews.az