"Həkimlər təqdimata gəlməyə icazə verməyiblər” "Həkimlər təqdimata gəlməyə icazə verməyiblər”

Qorbaçov xəstəxanaya yerləşdirildi

"Həkimlər təqdimata gəlməyə icazə verməyiblər”

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

Qorbaçov bu səbəbdən özü haqda çəkilən “Qorbaçovla görüş” sənədli filminin təqdimatına gedə bilməyib. Bu barədə filmin rejissoru Andre Sinqera məlumat verib:

“Qorbaçov filmin nümayişinə gəlmək istədi. Ancaq özünü yaxşı hiss etmədiyindən xəstəxanaya yerləşdirilib. Həkimlər təqdimata gəlməyə icazə verməyiblər”.

Qeyd edək ki, “Qorbaçovla görüş” 41-ci Moskva Beynəlxalq Kinofestivalının bağlanışını edəcək.

AzNews.az