Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla görüşüb Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla görüşüb

Azərbaycanın Rusiyadakı səfirliyindən Fuad Abbasovla bağlı Açıqlama

Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla görüşüb

Jurnalist Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb.

Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür. (Trend.az)

AzNews.az