Rusiya ilə Belarusiya vahid dövlət olacaq? - Putindən AÇIQLAMA

"Bura bir sıra elementlər daxildir"

"Rusiya ilə Belarusun bir dövlət altında birləşməsi məsələsi bu gün gündəmdə deyil".

Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt" canlı efirində çıxışında belə deyib.

"Burada söhbət Rusiya və Belarusun ittifaq dövləti yaratması haqqında müqavilənin həyata keçirilməsindən gedir. Bu, vahid dövlət deyil. Lakin bura ittifaq parlamentinin yaranmasından vahid valyutanın tətbiqinə qədər bır sıra elementlər daxildir. Bu müqavilənin həyata keçirilməsi üçün indiyə kimi reallaşdırılmayan məsələlər üzərində işləməliyik",- deyə Rusiya prezidenti vurğulayıb. (APA)

AzNews.az