Bir çox Qafqaz qızları zorlanmaya məruz qalırlar, amma bu barədə heç kəsə deyə bilmirlər Bir çox Qafqaz qızları zorlanmaya məruz qalırlar, amma bu barədə heç kəsə deyə bilmirlər

"Qızlardan birinin atası babamı öldürdü" - Zorlanan azyaşlı qızların həyat hekayəsi

Bir çox Qafqaz qızları zorlanmaya məruz qalırlar, amma bu barədə heç kəsə deyə bilmirlər

Statistikaya görə, Rusiyada hər il təxminən 3,5 min zorlanma və ya zorlanaraq öldürülmə halları baş verir. Bu rəqəm 2015-ci ildən bəri praktiki olaraq dəyişmir.

İyun ayında ruslar 19 yaşlı Darya Aqeniyin fləşmobunu dəstəklədilər. Qız zorlanmadan özünü qorumaq üçün karandaş yonan bıçaqla təcavüzkarı yaralayıb və özünü qoruyub. İndi onu həbsxana həyatı gözləyir. Lakin Rusiyada elə bölgələr var ki, qadınlar bu aksiyaya hətta istəsələr də qoşula bilməzlər: bu, Şimali Qafqazdır və müxtəlif səbəblər üzündən qurbanların maksimum 1-2 faizi zorakılıqdan xəbər verir. Öz evində zorlanan bir neçə dağıstanlı qız anonim olaraq başlarına gələn hekayələri danışır.

AzNews.az lenta.ru-ya istinadən xəbər verir ki, Şimali Qafqaz respublikalarında zorlamalarla bağlı statistika son dərəcə nikbindir. Törədilmiş belə cinayətlərdə Çeçenistan 2017-ci ildə 82-ci, Dağıstan isə 77-ci yerdə qərarlaşıb. Lakin belə hallarda (Zorlanma ailə daxilində baş verir) cinayət işi açmırlar, təcavüzə uğrayan qızlar qorxularından, acizliklərindən, Şərq mentalitetindən sakit durmağa üsyünlük verirlər. Kişilər tərəfindən döyülməsini, xəyanət edilməsini sanki adi hal hesab edirlər.

***

"Bir dəfə yaxın rəfiqəm mənə zorlandığı barədə danışdı, - deyə məşhur dağıstanlı blogger Məryəm Əliyeva bildirir. - Mən uzun müddət şokda idim. Və sonra, bir az sakitləşdim, bu mövzunu öyrənməyə başladım. Dağıstanda təcavüzlər haqqında ilk dəfə noyabr ayında blogumda yazdım. Hesab etdim ki, danışaq, müzakirə edək ... Amma mənə bütün Qafqazdan, bütün Rusiyadan belə şeyləri yaşamış qızlardan məktublar gəlməyə başladı. Onlar öz hekayələri haqqında yazdılar və bu, çox qorxulu idi, hətta elə olurdu ki, qorxudan poçtumu belə aça bilmirdm. Hər gün mənə yeddi, on, on iki mesaj gəlirdi ... Niyə? Çünki elə şeylər var ki, qız heç vaxt öz doğmalarına xəbər verə bilmir, öz rəfiqələri ilə bir fincan çay içə-içə dərdləşmir, çünki bu, dəhşət onun içində oturub və ona əzab verir".

İndi isə həmin qızların rəvayət hekayələrini oxuyun. Qəhrəmanların adları dəyişib.

Xəbərdarlıq: materialda təsvir edilən cinsi zorakılığın səhnələri emosional həssas oxucuları şok edə bilər.

***

"Yaxşı ki, mənim uşağım yoxdur"

Cəmilə, 28 yaş

Biz atamın anasının kəndində yaşayırdıq. Ailədə beş övlad idik, mən ən balacaydım. Valideynlər? Onlar həmişə işləyirlər. Nənəm çox sərt idi və həmişə bizi qorxudurdu. Atam və anam gələndə isə, bizdən şikayət edirdi. Onlar da bizi döyürdülər ki, biz nənəmizi əsəbiləşdiririk.

Atamın kiçik qardaşı Rüstəm var idi. O, institutda oxuyurdu, tez-tez bizə gəlirdi və yaxşı oğlan idi... Mənə həmişə şirniyyat alıb gətirirdi. Mən lap balaca olanda isə məni dizində oturtdu və əlləri ilə bədənimə toxundu. Mən o vaxt bunun pis olduğunu düşünmürdüm.

Bir dəfə birinci sinifdə oxuyanda anam və atam nəsə almaq üçün evdən getdilər, Rüstəmdən isə xahiş etdilər ki, qalsın və nənəmizə baxmağa kömək etsin. O, gecələmək üçün bizdə qaldı. Və budur, hava qaraldı. O, yanımda uzandı və mənə elə sıxıldı ki, nəfəs almağını eşidirdim. Mən bunu dəqiq xatırlayıram. Çox qorxurdum, baxmayaraq ki, mən başa düşmürdüm ki, o, nə edir. Özümü elə göstərirdim ki, yatmışam, amma yatmamışdım. O, mənə necə toxunduğunu hiss edirdim.

Səhər qalxanda bütün bunlar barədə nənəmə danışmaq istədim, ancaq bir gün əvvəl qonşu oğlan böyük bacımı məktəbdən evə ötürdüyünə görə nənəmin bacımı necə söydüyünü eşitdim. Qorxdum ki, məni də söyəcək, ona görə də heç bir şey demədim.

Bir dəfə anam və atam nənəmizi xəstəxanaya aparmağa getdilər və Rüstəmlə yenidən bizi tək qoydular. Məndən böyüklər hələ məktəbdə idi, mən isə evə gəlmişdim. O vaxt Rüstəm dedi ki, əgər mən ona bir şey etsəm, reklamda göstərilən kuklanı alacaq. Sonra məni otağa çağırdı, divara sıxıb toxunmağa başladı. Mən bir şey deyə bilmirdim, çünki çox qorxurdum! Və sonra…

Şalvarını çıxardı və toxunmağımı söylədi. Mən istəmirdim. Amma Rüstəm mənim saçımdan yapışdı və döyəcəyi ilə qorxutdu. Mən ona toxundum, o isə yenə ucadan nəfəs alırdı. Düşündüm ki, onun başı xarab olacaq və məni öldürəcək. ..sonra bir neçə dəfə belə oldu.

Və sonra beşinci sinifdə, o, mənə təcavüz etdi. Həqiqətən.

Bu, belə oldu. Biz başqa bir kəndə toya getdik və gecə mən tualetə getmək üçün ayağa qalxdım. Tualet küçədə idi. Demə, Rüstəm də o vaxt ayağa qalxmışdı. O, məni bağa sürüklədi və öldürəcəyi ilə hədələdi. Qışqırsam, torpaqda basdıracağını dedi. Və bunu etdi... Mən artıq bunun necə baş verdiyini bilirdim, çünki kinoda görmüşdüm. Mən ağladım və qışqırdım, amma heç kim eşitmədi. Rüstəm getdi, mən isə ayağa qalxa bilmədim, ağcaqanadlar məni dişləyirdi və çox qorxurdum. Və sonra yuxuya getdim.

Səhər mən xalam tapdı və qışqırmağa başladı. Sonra xəstəxanada, bunu kimin etdiyini soruşdular, amma gecə olduğunu söylədim və üzünü görmədiyimi dedim.

Uzun müddət müalicə olundum. Mənə cərrahiyyə əməliyyatı etdilər. Rüstəm isə…

O, hələ də bizim evə gəlir və mənə baxır. Yaşa dolandan sonra və o, mənə yaxınlaşdı, dedim ki, əgər o, mənə toxunsa, hər şeyi danışacağam. O, təəccübləndi. Dedi ki, sən özün istəyirdin, əgər istəməsəydin, dərhal nənənə şikayət edərdin!

Mən daha nə demək istəyirəm. Başıma bu iş gələndə, əmim oğlu bizə qonaq gəlmişdi. Və o da öz hekayəsini danışdı. Yaşlı oğlanlar ona da təcavüz ediblər. O isə heç kimə bu barədə gülünc səsləndiyinə görə söyləməyib. Onsuz da o uşaqlara heç nə edə bilməzdilər, çünki onların ən böyüyün atası polis şöbəsində hansısa bir şöbənin rəisi imiş.

O vaxtdan çox illər keçib. O əmim oğlu evləndi və çıxıb getdi. Kənddə hər kəs mənim haqqımda bilirdi. Bu baxımdan evlənmədim. Hamının yazığı gəlsə də heç kəs öz evində məni görmək istəmirdi. Üstəlik, əməliyyatdan sonra mən artıq doğa bilməzdim.

Bu yaxınlarda mən ərə getdim, bir adamın ikinci arvadı oldum. Əlbəttə, hər şey yaxşı deyil. Amma şikayətçi deyiləm. Yaxşı ki, mənim uşağım yoxdur. Küçədə uşaq görəndə dərhal qorxmağa başlayıram: birdən onların da həyatı mənimki kimi olar?

****

"Qızlardan birinin atası babamı öldürdü"

Amina, 32 yaş

Atamın ölümündən sonra anamın başı işə qarışdı, babam isə bunu adi hal kimi qəbul etdi. Onda bu, pis alınmadı. Və sonra o gün gəldi.

Biz uşaqlarla evin yaxınlığındakı çəmənlikdə əylənirdik. Qonşuluqda yaşayan və tez-tez bizimlə oynayan Adəm adlı oğlan soruşdu: "Amişka, Kolya dayının bağçasında almaların necə yetişdirdiyini görübsənmi?".

Kolya dayı bizim qonşumuzdur, milliyətcə rusdur. O vaxtlar mənə elə gəlirdi ki, çox zərərli insandır. Onu heç kim sevmirdi, biz qorxurduq ki, guya o, uşaqları öldürüb bağçasında basdırır. Bilmirəm, onda mən niyə ora getdim.

Mən alma yığmağa başladım, birdən səs-küy eşidildi, Kolya dayı peyda oldu və bütün uşaqlar ətrafa səpələndilər. Tələsik ağacdan enməyə başladım, amma bu zaman budaq sındı və mən yıxıldım, dizlərimi zədələdim.

Kolya dayı yaralarımı dəsmal ilə təmizlədi və bantla sarıdı. Və sonra evə apardı. Eşikdə babam durmuşdu. O, qəzəbli idi. Mən onu heç vaxt belə görməmişdim. Və sonra ... mən yaranın yenidən qanaxmağa başladığını gördüm. Bunu babam da gördü.

O, sarğını çıxarıb kənara qoydu və dedi:

"Yaxşı yumaq lazımdır. İçində qum var".

Vanna otağında geyinməyə macal tapmadım, o, mənim yanıma gəldi. Çaşqınlıq içində idim. Altı yaşımdan hətta anamı vanna otağına buraxmırdım, çünki özümü artıq yetkin hesab edirdim.

Onun səsi qəribə gəlirdi. O, əlini mənim boynuma toxundurdu. Babam ağır nəfəs alırdı və tütünün qoxusu ürəyimi bulandırırdı. O, mənə toxunmağa başladı. Niyə bunu etdiyini başa düşmədim, amma bunun çox pis olduğunu bilirdim.

Qışqırmaq, kimisə köməyə çağırmaq istəyirdim, ancaq mən stopa düşdüm, o isə əliylə ağzımı bağladı və acgözlüklə öpməyə başladı. Paltarımın qalıqlarını cırıb yerə tulladı. Sonra o, məni dirsəyimdən tutdu və əmr etdi ki… Mən özümü saxlaya bilmədim, düz onun üstünə qusdum.

Babam artıq mənə toxunmadı. O, elə sakit davranırdı ki, elə bil, dəhşətli bir şey etməyib, əksinə, guya mən özümü düzgün aparmamışam.

O vaxtdan bəri bütün böyüklərdən, xüsusilə də kişilərdən qorxmağa başladım. Mümkün qədər onlardan uzaq durmağa çalışırdım. Mənimlə baş verənlər haqqında yalnız 14 yaşımda başa düşdüm. Daha iki il keçəndən sonra məlum oldu ki, mən babamın yeganə qurbanı deyiləm. Sonradan qızların çoxu babamın onlara qarşı etdiyi biabırçılıqdan danışdılar. Qızlardan birinin atası babamı öldürdü…

Anam heç vaxt bu mövzuya toxunmadı. Ya utandığından, ya da əsil həqiqətin qorxusundan… Köçəndən sonra o, daha çox işləməyə başladı, mən isə ...

Mən isə hələ də başa düşmürəm, kimə daha çox nifrət edirəm, babama, ya da sirr saxladığıma görə özümə… Hansı ki, bu sirr bir çox insanların həyatını məhv edib.

Babək Göyüş

AzNews.az