• Rusiya
  • 4 İyul 2019 10:13
  •  617

Putin 5 il sonra nə işlə məşğul olacaq?

"Hazırda olduğum yerdə görməli çox işlərim var"

Rusiya dövlət başçısı Vladimir Putin İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verib.

O, 5 il sonra- 2024-cü ildə prezidentlik səlahiyyəti bitəndən sonra nə ilə məşğul olacağı barədə danışmağın tez olduğunu, hələ ki, bu postda onu çoxlu işlərin gözlədiyini bildirib.

“Qarşıda hələ 5 il gərgin iş var. Dünyanın belə sürətli dinamikasında indidən proqnoz vermək çətindir. İnanın, hazırda olduğum yerdə görməli çox işlərim var”, -deyə Putin söyləyib.

Xatırladaq ki, Rusiyada erkən prezident seçkiləri 18 mart 2018-ci ildə keçirilib. Vladimir Putin 76.69 faiz səslə qalib olub. Bu, onun artıq dördüncü prezidentlik müddətidir. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.(qafqazinfo.az)

AzNews.az