- Rusiya
- 21 İyul 09:52
Rusiyada daşqın zonasında 8 nəfər itkin düşüb

Rusiyanın İrkutsk vilayətindəki daşqın zonasında 8 nəfər itkin düşmüş hesab edilir
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin nümayəndəsi bildirib.
"Hüquq-mühafizə orqanlarına daha bir ərizə İrkutsk vilayətinin daşqın zonasında itkin düşmüş sakininin qohumlarından daxil olub. Beləliklə, 8 nəfər insan itkin düşmüş hesab edilir", - nümayəndə deyib.
Qeyd edək ki, İrkutskda daşqınla əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayı 647 nəfərə çatıb. Daşqın nəticəsində ölənlərin sayı isə 23 nəfərə çatıb. (Report)