Rusiyada Narkoloji Dispanserdə yanğın baş verib - Ölən və yaralananlar var

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib

Rusiyanın Tümen vilayətində Narkoloji Dispanserdə yanğın baş verib.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dispanserin ikinci mərtəbəsində 10 kvadratmetr ərazisində baş verən yanğın zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların tüstüdən zəhərləndiyi bilidirilir.

Yanğın tam söndürülüb. Hazırda hadisənin başvermə səbəbləri müəyyənlə.dirilir.

İlkin ehtimallara görə, yanğına səbəb söndürülməmiş siqaret kötüyünün yerə atılması olub. Digər versiya kimi, elektrik naqillərində yaranmış qısaqapanma göstərilir. (apa)

AzNews.az