Hadisə Mahaçqalada qeydə alınıb Hadisə Mahaçqalada qeydə alınıb

Bakıdan Rostov-Dona gedən yük qatarı Rusiyada qadını vuraraq öldürüb

Hadisə Mahaçqalada qeydə alınıb

Dağıstanın paytaxtı Mahaçqalada yük qatarı qadını vuraraq öldürüb.

Hadisə yük qatarının Bakı-Rostov-Don xətti üzrə hərəkəti zamanı baş verib.

Şahidlərin sözlərinə görə, “Anji-bazar” rayonu ərazisində qeydə alınan ölüm hadisəsi qadının dəmir yolunu keçərkən qulaqcıqlardan istifadə etməsi olub:

“Yüksək səslə mahnıya qulaq asan qadın bu səbəbdən gələn qatarın səsini eşidə bilməyib”. (APA)

AzNews.az