Putin maaşının azlığından şikayətləndi

"Prezidentin maaşı ən yüksək deyil"

Rusiya prezidenti Vladimir Putin aldığı maaşın azlığından şikayətlənib.

AzNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, maaş barədə ayda 10 800 rubl alan təqaüdçünün sualın a cavab verərkən deyib.

“Düşünürəm ki, aldığınız təqaüdlə ayı başa vurmaq çətindir”.

Pensiyaçı Putinin bu məbləğdən də artıq maaş aldığını təxmin edib.

“Tək mən yox, sizin pensiyadan çox pul alan xeyli adam var. Prezidentin maaşı ən yüksək deyil”

Putinin aylıq maaşı 720 min rubl (11,3 min dollar) təşkil edir. 2018-ci ildə əmlak bəyannaməsini təqdim edən zaman Putinin 77 kvadrat metrlik mənzili, 18 kvadrat metrlik qarajının olduğu aydınlaşıb. Bundan başqa, dövlət başçısının 153,7 kvadrat metr sahəsi olan başqa mənzili və 18 kvadrat metrlik qarajı da sənəddə qeyd olunub.