Məlumatı Rusiyanın Azərbaycandakı səfirliyi yayıb Məlumatı Rusiyanın Azərbaycandakı səfirliyi yayıb

Rusiya Azərbaycana 70 dəst test sistemi verib

Məlumatı Rusiyanın Azərbaycandakı səfirliyi yayıb

“Rusiya və Azərbaycanın əhalinin sağlamlığını və rifahını qorumaq üçün göstərdiyi səylər, həmçinin koronavirus pandemiyası və onun nəticələrinin aradan qaldırılması üzrə addımların gələcək koordinasiyası bu ümumi yeni çağırışa cavab verilməsində region ölkələrinin kollektiv potensialını gücləndirəcək”.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu fikirlər Rusiyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda yer alıb.

Məlumatda Rusiyanın Azərbaycanla səhiyyə sahəsində sıx əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb.

Bildirilib ki, iki qonşu dövlətin ərazisində yeni növ koronavirusun yayılması ilə mübarizənin səmərəliliyini artırmaq üçün Rusiya tərəfi mart ayının əvvəlindən etibarən Azərbaycan Səhiyyə Nazirliyinə qarşılıqsız əsaslarla COVID-19-un laboratoriya diaqnostikası üçün 70 dəst test sistemi verib.