Çeçenistana da giriş-çıxış bağlanır

Kadırov Çeçenistan sakinlərini aprelin 5-dək vətənlərinə qayıtmağa çağırıb

Prezident Ramzan Kadırov koronavirusun yayılması səbəbiylə aprelin 5-dən etibarən Çeçenistan Respublikası ərazisinə giriş və çıxışı tamamilə bağlayacağını elan edib.

AzNews.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Kadırov Çeçenistan sakinlərini aprelin 5-dək vətənlərinə qayıtmağa çağırıb.

“Əks təqdirdə onlar respublikaya daxil ola və ya çıxa bilməyəcəklər” ,- deyə o, qeyd edib.

Dövlət başçısı məhdudiyyətlərin qida və dərman daşınmalarına aid olmayacağını bildirib.

Qeyd edək ki, son məlumatlara görə, Çeçenistanda 10 koronavirusa yoluxma faktı qeydə alınıb.

Martın 28-dən etibarən yerli hakimiyyət orqanları tərəfindən respublika ərazisində karantin rejimi elan olunub. Vətəndaşlara heç bir səbəb olmadan evdən çıxmağın qadağan edildiyi bildirilib.