Vyana səfirliyi qərarı əsassız adlandırıb Vyana səfirliyi qərarı əsassız adlandırıb

Rusiyanın Avstriyaya cavabı gecikmədi

Vyana səfirliyi qərarı əsassız adlandırıb

Avstriya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona rusiyalı diplomatın akkreditasiyasının ləğv edilməsi və ölkədən çıxarılması ilə əlaqədar etiraz edilib.

AzNews.az bildirir ki, bu barədə RT xəbər yayıb.

Bildirilir ki, rəsmi Moskva Vyanaya cavab olaraq Avstriya səfirinin diplomatını arzuolunmaz şəxs elan edib.

Vyana səfirliyi qərarı əsassız adlandırıb.

Xatırladaq ki, Avstriyada rusiyalı diplomat arzuolunmaz şəxs hesab edilərək 1 sentyabr tarixinə qədər ölkə ərazisini tərk etməli olduğu bildirilib. Diplomat sənaye casusluğunda ittiham edilir. O, Avstriyanın yüksək texnologiya müəssisələrindən birində ölkə vətəndaşı vasitəsilə məlumat toplamaqda şübhəli bilinir.