• Rusiya
  • 29 Avqust 2020 13:07
  •  2 751

“Rusiya Belarusdakı seçkinin nəticələrini tanıyır”

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib

“Rusiya Belarusdakı prezident seçkilərinin legitimliyini, Lukaşenkonu isə onun qalibi olaraq tanıyır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Belarusdakı seçkilərə gəlməməsi təşkilatın mövqeyinin öncədən hazır olduğuna dair əsas yaradır”, - ölkə başçısı vurğulayıb.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 2 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına müraciət edərək xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.