Rusiyanın Baş naziri İrəvana getdi

Müharibə getdiyi bir dövrdə bu səfər bir çox sual doğurur

Bu gün Rusiyanın hökumət təyyarəsi Ermənistana uçuş edib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfərinin məqsədi Avrasiya İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıqdır.

Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın baş naziri Mixail Mişustin də var.

M. Mişustunin hansı məqsədlə nümayəndə heyətinin tərkibində İrəvana indi səfər etməsinin səbəbləri məlum deyil. O, Aİİ-nin oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına gəlməli idi.

Müharibə getdiyi bir dövrdə bu səfər bir çox sual doğurur.