Bu barədə Kremlin mətbuat xidməti bildirib Bu barədə Kremlin mətbuat xidməti bildirib

Putinin ənənəvi mətbuat konfransı dekabrın 17-də keçiriləcək

Bu barədə Kremlin mətbuat xidməti bildirib

Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransı dekabrın 17-də keçiriləcək.

AzNews.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar tədbir videokonfrans formatında keçiriləcək. Prezidentin Novo-Oqaryovodakı iqamətgahından müraciət edəcəyi gözlənilir.

Konfransda iştirak etmək üçün jurnalistlərin akkreditasiyası noyabrın 29-dan başlayacaq.