- Rusiya və İran
- 27 Noyabr 2020 21:14
- 6 385
Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb
Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib
Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma halları qeydə alınıb.
AzNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
Nazir vurğulayıb ki, bununla bağlı məlumatlar dərc olunub.
Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 215 533 nəfərə, koronavirusdan ölənlərin sayı isə 38 558 nəfərə çatıb. Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.