- Rusiya və İran
- 4 Dekabr 2020 23:38
- 5 666
Putindən yeni təyinat
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb
Rusiya Prezidenti Vladimir Putin “Rosnano” dövlət şirkətinin dünən vəzifəsindən gedən rəhbəri Anatoli Çubaysla bağlı fərman imzalayıb.
AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni fərmanla Çubays Rusiya Prezidentinin davamlı inkişaf hədəflərinə çatmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi təyin olunub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Rosnano”da Çubaysı Sergey Kulikov əvəz edib. Çubays təşkilata 2011-ci ildən rəhbərlik edib. Buna qədər o, Rusiyanın nano texnologiyaları korporasiyasının baş direktoru olub.