İlkin həbslərin olduğu bildirilir İlkin həbslərin olduğu bildirilir

Moskva ayaq üstdə: Kütləvi həbslər var - YENİLƏNİR

İlkin həbslərin olduğu bildirilir

RİA "Novosti" müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Moskvanın "Puşkin" meydanında koordinasiya olunmamış mitinq keçirilir.

Artıq burada da ilkin həbslərin olduğu bildirilir.

AzNews.az bildirir ki, polis etirazçılara sosial məsafə, maska və əlcəklərdən istifadə qaydalarına dair səsgücləndirənlərlə xəbərdarlıq edir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları plakat qaldıranları, eyni zamanda, üzlərini şərf və maskalarla tamamilə gizləyən iştirakçıları saxlayır. Meydanda çox sayda jurnalist də iştirak edir.

Hüquq-mühafizə orqanlarından tutulanların sayı barədə hələ dəqiq bir məlumat yoxdur.

***

14:36

Rusiyada kütləvi etiraz aksiyaları keçirilir.

Ölkənin bütün vilayətlərində küçələrə axışan xalq müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmasını tələb edir.

Məlumata görə, ilk mitinq ölkənin Xabarovsk şəhərində başlayıb. Daha sonra digər bölgələrə yayılıb.

Etirazçılar "Biabırçılıq", "Navalnıya azadlıq" və ölkə Prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndirir.

Hüquq-mühafizə orqanları mitinqlərə müdaxilə edərək həbslərə başlayıb. Artıq 200-dən çox insanın saxlanıldığı bildirilir.

Xatırladaq ki, zəhərlənərək həftələrlə müalicə alan Aleksey Navalnı yanvarın 18-də Almaniyadan Rusiyay qayıdanda paytaxt Moskvanın hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası tələb olunur.