Rusiya Baş nazirinin müavini məlumat verib Rusiya Baş nazirinin müavini məlumat verib

Qarabağ işçi qrupunun gündəliyi açıqlandı

Rusiya Baş nazirinin müavini məlumat verib

Qarabağla bağlı üçtərəfli işçi qrupunun yanvarın 30-da keçiriləcək iclasında bölgədə nəqliyyat infrastrukturunun bərpası məsələsi müzakirə olunacaq.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Rusiya rəsmisi bu görüşlərin məhz baş nazir müavinləri səviyyəsində bundan sonra da keçirilib-keçirilməyəcəyinə dair konkret söz söyləməyib.

Xatırladaq ki, bu il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan, Vladimir Putin arasındakı görüş zamanı üçtərəfli danışıqlar formatı yaratmaqla bağlı razılıq əldə olunmuşdu.