• Rusiya
  • 30 Yanvar 2021 16:48
  •  6 352

Putinin gizli sarayının əsl sahib tapıldı

Rotenberq gələcəkdə ərazidə mehmanxana inşa etməyi planlaşdırdığını da əlavə edib

Aleksey Navalnının rəhbərlik etdiyi “Korrupsiyaya Qarşı Mübarizə Fodnu”nun hazırladığı araşdırma böyük əks-səda doğurmuşdu.

AzNews.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia olunan gizli saray barədə video Youtube hostinqində 100 milyondan çox baxış toplayıb.

Rusiyalı milyarder Arkadi Rotenberq bu gün açıqlama verərək barəsində danışılan sarayın ona məxsus olduğunu söyləyib.

“Həmin layihənin sahibi mənəm. Əla ərazidir, əsl tapıntıdır”-deyə iş adamı deyib.

Rotenberq gələcəkdə ərazidə mehmanxana inşa etməyi planlaşdırdığını da əlavə edib.

Xatırladaq ki, Rusiya prezidenti Krasnodar vilayətinin Gelincik şəhəri yaxınlığında yerləşən nəhəng sarayın və torpaq sahəsinin onunla heç bir əlaqəsinin olmadığını söyləmişdi.